“Bayraktar”lar hava-hava” raketləri ilə təchiz olunacaq

“Bayraktar”lar hava-hava” raketləri ilə təchiz olunacaq

Türkiyənin “Baykar” şirkəti hücum pilotsuz təyyarələrini “hava-hava” raketləri ilə təchiz etmək niyyətindədir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar bildirib.

“Tezliklə “Bayraktar TB2” və “Bayraktar Akyncı” təkcə dronlara deyil, düşmən təyyarələrinə də qarşı durmaq üçün “hava-hava” tipli raketlərə də sahib olacaqlar”, - deyə Türkiyənin “Sabah” nəşri Haluk Bayraktarın sözlərini sitat gətirib.

Bayraktarın dediyinə görə, hazırda bununla bağlı sınaqlar aparılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə