Bütün Ermənistan bir müddət televiziyasız qalacaq

Bütün Ermənistan bir müddət televiziyasız qalacaq

Sabah Ermənistanda televiziya və qismən radio yayımı olmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir mesajı respublikanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi yayıb.

Belə ki, səhər saat 08:00-dan 10:00-a kimi siqnalın itəcəyi deyilir.

İrəvandakı yayım mərkəzindən FM yayımı dayandırılacaq. Nazirlik izah edib ki, ötürücü antenada aparılan modernləşdirmə və təcili təmir işləri ilə əlaqədar yayım dayandırılacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə