Türkiyə Müdafiə Nazirliyi ərzaq daşıyan gəmilərin Ukrayna limanlarından çıxışını dayandırdığını açıqlayıb.
Rusiyanın “taxıl sövdələşməsi”ndə iştirakının dayandırılması ilə əlaqədar Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxarılması hələlik həyata keçirilməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Türkiyə Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Qeyd edək ki, Ankara da “taxıl müqaviləsi” iştirakçılarını Ukraynadan ərzaq ixracı mexanizminə mənfi təsir edəcək hərəkətlərdən çəkinməyə çağırıb.
Hazırda Türkiyə Müdafiə Nazirliyinin rəhbəri “taxıl sövdələşməsi” ilə bağlı vəziyyəti həll etmək üçün xarici həmkarları ilə danışıqlar aparır.
Xatırladaq ki, Rusiya daha əvvəl Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakını dayandıracağı barədə BMT-yə rəsmi məlumat verib. Avropa İttifaqının xarici siyasət üzrə komissarı Josep Borrellin sözlərinə görə, Moskvanın “taxıl sövdələşməsi”ndən çıxmaq qərarı əsas taxıl ixrac marşrutunu təhdid edir.
ABŞ-da Rusiya Federasiyasının belə bir qərarı qəzəbli hesab edilib və NATO Moskvanı öz qərarına yenidən baxmağa çağırıb.
Onlar Rusiya tərəfini “ərzağın hərbiləşdirilməsini” dayandırmağa çağırıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB