Bayden bunu rusların "çirkin oyunu" adlandırıb

Bayden bunu rusların "çirkin oyunu" adlandırıb

ABŞ və Avropa İttifaqı Rusiyanın qondarma taxıl sazişində - Ukraynadan taxıl və digər ərzaq məhsullarının Ukraynanın Qara dəniz limanları vasitəsilə ixracına dair razılaşmada iştirakını dayandırmaq qərarını tənqid edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ prezidenti Cozef Bayden Moskvanın bir gün əvvəl Müdafiə Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi tərəfindən açıqlanan qərarını “tamamilə çirkin” adlandırıb.

Baydenin fikrincə, “taxıl müqaviləsi”nin rədd edilməsi dünyada acların sayının artmasına səbəb olacaq. Bayden xatırladıb ki, razılaşma BMT-nin vasitəçiliyi ilə olub.

“Rusiyanın bunu etməsi üçün heç bir səbəb yoxdur. Onlar hər zaman çirkin bir iş görmək üçün bəhanə axtarırlar, Qərbi onları məcbur etməkdə günahlandırırlar”, - deyə Bayden bildirib.

Qeyd edək ki, Rusiya hakimiyyəti “taxıl müqaviləsi”ndə iştirakın dayandırılmasını oktyabrın 29-da səhər Sevastopolda pilotsuz təyyarələrin hərbi gəmilərə hücumu ilə əsaslandırıb. Müdafiə Nazirliyinin məlumatına görə, “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən gəmilərə hücum edilib. Rusiya Xarici İşlər Nazirliyi hücuma görə Ukraynanı günahlandırıb, onun sözlərinə görə, ona britaniyalı mütəxəssislər kömək edib.

Bu arada Britaniyada bu iddialar rədd edilib və Ukrayna nümayəndələri bildiriblər ki, Rusiya öz öhdəliklərini yerinə yetirməyi dayandırmaq üçün ancaq bəhanə axtarır. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, sentyabrdan bəri Rusiya Ukrayna limanlarından taxıl ixracına hər cür mane olub.

Zelenski Rusiyanı dünyanın 20 ən böyük iqtisadiyyatı (G20) qrupundan çıxarmağa çağırıb, çünki onun sözlərinə görə, Rusiya bu əməli... Asiya və Afrika ölkələrini aclıqla təhdid edir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bütün dövlətləri Rusiyadan “aclıq oyunlarını dayandırmağı” və öhdəliklərini yerinə yetirməyə qayıtmağı tələb etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə