Fin cinayətkarlar Ukraynaya aparılacaq silahları oğurlayıblar...
Ukraynaya göndərilən silahlar, o cümlədən avtomatlar Finlandiyada cinayətkarların əlinə keçib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Milli Təhqiqatlar Bürosunun (NBI) baş detektivi Krister Olqren yerli mediaya bildirib.
Bu arada “Kommersant” xəbər verir ki, Olqren Ukraynaya müxtəlif ölkələrdən verilən silahların İsveç, Danimarka və hətta Hollandiyada da tapıldığını vurğulayıb.
“...Biz bu silahların artıq Finlandiyaya çatdığının əlamətlərini gördük”- deyən fin səlahiyyətli Ukraynadan Finlandiyaya silah ticarəti üçün marşrut və əlaqələrin artıq mövcud olduğunu etiraf edib.
Milli Təhqiqatlar Bürosunun sözçüsü bildirib ki, Finlandiyada dünyanın ən böyük üç motosiklet dəstəsi fəaliyyət göstərir və onlar daha böyük beynəlxalq cinayət təşkilatlarının bir hissəsidir.
Onlardan birinin “Bandidos MC” olduğunu deyən Olqren, Ukraynanın hər bir böyük şəhərində bu motosiklet dəstəsinin filiallarının olduğunu da istisna etməyib.
Qeyd edək ki, istintaq hələ də davam etdiyi üçün büro bu barədə hələlik daha ətraflı məlumat vermir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB