Seul hökuməti oktyabrın 29-da Hellouin bayramı şənliyində baş verən izdihamdan sonra yerli vaxtla saat 14:00-a qədər (Moskva vaxtı ilə 8:00) 3580-dən çox adamın itkin düşməsi barədə məlumat alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu CNN Seul şəhər hökumətinə istinadən xəbər verir.
...Öz növbəsində Rusiyanın Cənubi Koreyadakı səfirliyi Seulda öldürülən rusiyalı qadınların sayının 4-ə yüksəldiyini bildirir.
“Hələ də qurbanlar var, lakin biz hələ də bir qurban haqqında məlumatlıyıq. Deyilənlərə görə, hazırda o, tibbi yardım alır”, - bunu Rusiya səfirliyindən bildiriblər. TASS-ın məlumatına görə, dördüncü qurbanın yaşı 30-dan aşağıdır.
Bu gün səhər saatlarına olan məlumata görə, Seulun İtaevon rayonunda izdihamda 151 nəfər ölüb. Onlardan 140-nın şəxsiyyəti müəyyən edilib. Ölənlər arasında Çin, İran, Özbəkistan və Norveç vətəndaşları da daxil olmaqla 19 əcnəbi var. 82 nəfər yaralanıb. Qurbanların əksəriyyəti 18-30 yaş arasındadırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB