Peskovun Putin-Bayden danışıqları üçün "şərt"ləri...

Peskovun Putin-Bayden danışıqları üçün "şərt"ləri...

...Bu arada Rusiyanın ABŞ-la danışıqlara qayıtmasının şərtləri məlum olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

... Peskovun dediyinə görə, guya bu, Birləşmiş Ştatların bizim narahatlıqlarımızı dinləmək istəyidir. Bu, əslində ABŞ-ın dekabr-yanvar vəziyyətinə qayıtmaq istəyidir.

Qeyd edək ki, mətbuat katibi bunu “Rossiya 1” kanalının efirində deyib.

Amma xatırladaq ki, bir müddət bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıq şəkildə 13-16 noyabr tarixlərində Balidə keşiriləcək “G20” sammitində prezident Baydenin Putinlə görüşmək niyyəti olmadığını bildirmişdi.

...Peskov isə öz ampulasındadır. Onun fikrincə, amerikalılar özlərinə sual verməlidirlər: “Rusların təklif etdiyi şey hamımıza yaraşmaya bilər, amma bəlkə də onlarla danışıqlar masası arxasında oturmağa dəyər?”

...Kremlin sözçüsü aydınlıq gətirib ki, o, “Brüssel və Vaşinqtona təqdim edilmiş sənədlər layihəsinə” istinad edir. Qeyd edək ki, 2021-ci ilin dekabrında Rusiya Federasiyası Vaşinqtona təhlükəsizlik zəmanəti layihəsini təqdim edib.

Bu layihədə, guya Rusiya və NATO ölkələrinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər haqqında sazişlər var.

...Lakin bu sənədlərə Vaşinqton tərəfindən hələ də reaksiya verilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə