Polşada ilk atom elektrik stansiyası (AES) ABŞ şirkəti tərəfindən inşa ediləcək. SİA xəbər verir ki, bu, “Westinghouse Electric” şirkəti olacaq.
Polşanın Baş naziri Mateuş Moravietski qərarla bağlı bildirib ki, ölkənin nüvə enerjisi layihəsində ABŞ şirkətinin etibarlı texnologiyasından istifadə ediləcək. Havaya buraxılan zərərli qazların miqdarını azaltmaq və kömürdən tamamilə imtina etmək istəyən Polşa nüvə enerjisinə ciddi maraq göstərir. Nəzərdə tutulan AES-in ilk üç reaktoru üçün tətbiq ediləcək texnologiya ilə bağlı qərar bu ilin sonuna kimi qəbul edilməlidir. İlk reaktor 2033-cü ildə şəbəkəyə qoşulmalıdır.
ABŞ şirkətinin bu layihədə rəqibləri arasında Fransa şirkətləri ilə yanaşı, Cənubi Koreyanın “Korea Hydro Nuclear Power” şirkəti də var idi.
Qeyd edək ki, rəsmi Varşava bu layihə üçün 6-9 qiqavat gücündə reaktorlar qura və onları müvafiq texnologiya ilə təmin edə bilən tərəfdaş axtarırdı.
Polşa mətbuatının məlumatına əsasən, ABŞ şirkəti ilə əməkdaşlığın qurulmasında vitse-prezident Kamala Harris və enerji naziri Cennifer Qranholm mühüm rol oynayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB