"Çox darıxmışam" - Mauro İkardi

"Çox darıxmışam" - Mauro İkardi

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə yaşadığı keşməkeşli prosesdən sonra qızlarının ad gününü qeyd etmək üçün bir müddət əvvəl İstanbulda bir araya gəlib. SİA xəbər verir ki, fransız mətbuatı da cütlüyün birliyini manşet edib və xəbəri oxucularına "İzabella xatirinə cütlük müvəqqəti barışdı" sözləri ilə xəbər verib.

İkardi isə təlatümlü prosesdən sonra ölkəsinin mətbuatına açıqlama verib: "O qədər darıxmışdım ki, çox şey danışılırdı. Uzun müddət baş verənlər ayrılıq deyildi. Amma deyilənlərin hamısı yalandır, ayrıldıq. 9 ildir ki, heç ayrılmamışdıq. Amma keçən ildən sonra qəribə hadisələr oldu. Hər şeyi danışmayacağam, bilməsi lazım olanlar artıq bilir. Məni evə aparmadığı yalandır".

Bütün xəbərlər Facebook səhifəmizdə