Macarıstanda Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhdidlərə qarşı çevik qərarlar qəbul etmək üçün elan edilən “fövqəladə vəziyyət” tətbiqinin müddəti uzadılıb. SİA xəbər verir ki, Hökumət İnformasiya Mərkəzinin verdiyi açıqlamada Macarıstanın qonşusu Ukraynada müharibənin davam etdiyi və Macarıstanda müharibənin səbəb olduğu humanitar fəlakətlə əlaqədar mayın 24-də elan edilmiş fövqəladə vəziyyətin müddətinin uzadılmasına qərar verildiyi vurğulanıb.
Açıqlamada deyilir ki, 180 gün müddətinə uzadılan fövqəladə vəziyyət hökumətin müharibədən qaçanlara kömək etmək üçün səmərəli və sürətli qərarlar qəbul etməsi, həmçinin Macarıstanın fiziki, iqtisadi və enerji təchizatı təhlükəsizliyini qorumaq üçün hüquqi baza təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB