102 əsgər azad edildi - 52 ukraynalı və 50 rusiyalı

102 əsgər azad edildi - 52 ukraynalı və 50 rusiyalı

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin olduğu və bu çərçivədə 52 ukraynalı və 50 rusiyalının sərbəst buraxıldığı bildirilib. SİA xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak “tvitter” səhifəsində Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi nəticəsində 52 ukraynalının azad edildiyini bildirib. "Biz zabitlər, feldşerlər, çavuşlar və əsgərlərdən ibarət 52 insanımızı azad edə bildik", - Yermak bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ilə əsir mübadiləsi çərçivəsində 50 rus əsgərinin azad edildiyi qeyd edilib. Açıqlamada əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi və həmin şəxslərin nazirliyə məxsus təyyarələrlə paytaxt Moskvaya aparılacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə