İraqın paytaxtı Bağdadın şərqindəki Bunak bölgəsində qaz daşıyan tankerin partlaması nəticəsində 3 nəfərin öldüyü bildirilib. SİA xəbər verir ki, partlayış nəticəsində əraziyə ziyan dəyib. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, hadisə nəticəsində ətrafda olan 3 nəfər həyatını itirib, 10-a yaxın insan isə yaralanıb. Ərazidəki evə və futbol meydançasına maddi ziyan dəyib. Ölənlərin sayının artacağı istisna olunmur. İraqın rəsmi orqanları hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB