Dünyanın ən uzun sərnişin qatarı xidməti İsveçrədə həyata keçirilib. SİA xəbər verir ki, "Rhaetian" dəmir yolu şirkəti, 1,9 kilometr uzunluğundakı 100 vaqonlu qatarının Alp dağlarının ətəyində inşa edilən Albula-Bernina marşrutu üzrə rekord cəhd üçün sərnişin daşıdığını açıqlayıb.
Şirkət bu qatarın dünyanın ən uzun sərnişin qatarı olduğunu bildirib. "Rhaetian"-nın direktoru Renato Fasciati bildirib ki, bu rekord İsveçrənin dəmir yolu mühəndisliyində uğurunu və ölkədə ilk dəmir yolu tikintisinin 175 illiyini vurğulamaq üçün qurulub. Alp dağlarını deşərək qurulan və mənzərəsi ilə çoxlu turist cəlb edən Albula-Bernina marşrutu 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən Ümumdünya İrs siyahısına daxil edilib. Turizm dəmir yolu 22 tunel və 48 körpüdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB