Türkiyə XİN "Ərəb Liqası Zirvəsi" ilə bağlı açıqlama yaydı

Türkiyə XİN "Ərəb Liqası Zirvəsi" ilə bağlı açıqlama yaydı

Türkiyə Xarici İşlər Nazirliyi “Ərəb Liqası Sammiti” ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü səfir Tanju Bilgiç 1-2 noyabr 2022-ci ildə Əlcəzairdə keçiriləcək Ərəb Liqasının Zirvə Toplantısı və Ərəb Liqası ölkələri ilə əlaqələrlə bağlı suala yazılı cavab verib.

Zirvənin Fələstin məsələsi kimi mövzularda uğurlu nəticələr verməsini arzulayan Bilgiç deyib: “Ümid edirəm ki, 1-2 noyabr 2022-ci il tarixlərində Əlcəzairdə keçiriləcək Ərəb Liqası Zirvəsi ortaq işlərimiz baxımından uğurlu nəticələr verəcək. Başda Fələstin məsələsi olmaqla, Ərəb Liqası və üzv dövlətləri tamamilə yeni bir dövr yaradacağını ifadə edib. Ümid edirik ki, bu, qarşılıqlı dostluq və həmrəylik dövrünə girməyə vəsilə olacaq".

Türkiyənin həm Ərəb Liqası, həm də üzvləri ilə əlaqələri yaxşılaşdırmaq arzusunda olduğunu bildirən Bilgiç, “Həm Ərəb Liqası, həm də Ərəb Liqasına üzv olan bütün qardaş ölkələrlə qarşılıqlı hörmət əsasında əlaqələrimizi inkişaf etdirmək, mövcud problemləri həll etmək və əməkdaşlığımızı daha da dərinləşdirmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə