Rusiyanın "Taxıl Müqaviləsi" qərarından sonra Ukraynadan açıqlama gəldi
Rusiya taxıl dəhlizi ilə bağlı razılaşmanı dayandırdığını elan etdikdən sonra Ukraynanın xarici işlər naziri Dimitro Kuleba sosial media hesabından açıqlama verib. SİA xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dimitro Kuleba bunları deyib: “İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizinin qarşısını almaq üçün saxta bəhanələrlə çıxış edir”.
Kuleba "tvitter"də həmçinin bunları paylaşıb: "Rusiyanın Qara dəniz taxıl müəssisəsini sabotaj etmək planları barədə xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizinin qarşısını almaq üçün saxta bəhanələrdən istifadə edir. Bütün dövlətlərdən Rusiyanın aclıq oyunlarını dayandırmağını və öhdəliklərini yerinə yetirməsini tələb edirik".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Ukraynanın ilhaq etdiyi Krımda Sevastopolda Rusiya hərbi gəmilərinə və mülki gəmilərinə hücum təşkil etdiyini bildirib. Açıqlamada, hücumda çoxlu sayda pilotsuz uçuş aparatının istifadə edildiyi və hamısının məhv edildiyi, hücuma məruz qalan Qara dəniz Hərbi Dəniz Qüvvələrinin gəmilərinin sərhəddə yaradılmış dəhlizin təhlükəsizliyinin təmin edilməsi prosesinə cəlb edildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB