Kanada rəsmisi Rusiya ilə əlaqə saxlamağa çağırır?

Kanada rəsmisi Rusiya ilə əlaqə saxlamağa çağırır?

Kanadanın xarici işlər naziri Mélanie Joli, qlobal təsir uğrunda rəqabətin gücləndiyini önə çəkərək Kanadanın Rusiya və Çinlə əlaqə saxlamasını bildirib.

“...Rusiya və Çin Afrika, Asiya və Latın Amerikasına üz tutduqca təsir uğrunda mübarizə gedir. Biz özümüzü göstərməliyik, əlaqə saxlamalı və qarşılıqlı əlaqə yaratmalıyıq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Joli bunu CBC-yə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kanada hökuməti praqmatik yanaşmanı rəhbər tutmalıdır.

O qeyd edib ki, Rusiya nümayəndələri ilə müzakirələrdə iştirak Rusiyanın mövqeyinə müqavimət göstərməyə imkan verir.

Qeyd edək ki, oktyabrın 17-də Kanada hakimiyyəti Rusiyaya qarşı sanksiya siyahısına daha 34 fiziki və bir hüquqi şəxs əlavə etməklə onu genişləndirib. Belə ki, siyahıya rusiyalı jurnalistlər Dmitri Quberniev, Mariya Sittel və Kirill Kleymenov daxil edilib. Bundan başqa, aktyorlar Vladimir Maşkov və Sergey Bezrukov da sanksiya siyahısına salınıb.

Bundan əvvəl, sentyabrın 30-da Kanada referendumla əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısına 43 rusiyalını əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə