Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyindəki izdihamda 59 nəfər ölüb, 150 nəfər xəsarət alıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da axşam Seulun mərkəzi rayonlarından olan İtavonda baş verib. Yaralılar şəhər xəstəxanalarına yerləşdirilib. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hüquq mühafizə orqanları hadisə barədə araşdırmalara başlayıb. Ölü və yaralı sayının çoxalması istisna olunmur.
Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.
Medianın məlumatına görə, Hellouin bayramı ilə əlaqədar İtavon rayonundakı şənliklərə təxminən 100 min adam qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB