İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami İrandakı iğtişaşların sona çatdığını açıqlayıb.
İranın “Fars” xəbər agentliyi xəbər verir ki, Salami iranlı gənclərə müraciət edərək “...Bu gün iğtişaşların son günüdür, daha küçələrə çıxmayın”- deyib. SİA bu barədə rus saytlarına istinad edir.
Salami həmçinin bildirib ki, ABŞ prezidenti Cozef Bayden, İsrailin baş naziri Yair Lapid və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman media vasitəsilə İran gənclərinə təsir etməyə çalışırlar.
Bununla belə, Qərb KİV-i qeyd edir ki, SEPAH başçısının müraciətinə baxmayaraq, ölkənin bəzi şəhərlərində etirazlar davam edib.
Xatırladaq ki, İranda bir aydan çoxdur ki, sentyabrın ortalarında gənc iranlı qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılmasından sonra ölümü ilə bağlı başlayan iğtişaşlar davam edir.
Qeyd edək ki, etiraz və iğtişaşlar əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB