"Bu, Rusiyanın saxta bəhanəsidir..."

"Bu, Rusiyanın saxta bəhanəsidir..."

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Rusiya tərəfinin “taxıl sövdələşməsi”ndə iştirakın dayandırması ilə bağlı bəyanatlarını şərh edərkən bunun üçün saxta bəhanədən istifadə edildiyini bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

O, qeyd edib ki, Kiyev Moskvanın bu təşəbbüsü “altılamaq” planları barədə xəbərdarlıq edib.

Kulebanın sözlərinə görə, Rusiya bugünkü qərarla milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən dəhlizin qarşısını kəsir.

Xatırladaq ki, şənbə günü, oktyabrın 29-da Rusiya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinin pilotsuz təyyarələrinin Sevastopol və Qara dəniz donanmasına hücumundan sonra Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırdığını açıqlamışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə