"Bu sənəd üçtərəfli sənəddir..."

Paşinyan Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılmasına razılıq verib
"Bu sənəd üçtərəfli sənəddir..."

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçiriləcək üçtərəfli görüşdə Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu gün ölkənin hakim “Mülki müqavilə” partiyasının qurultayında belə bəyanatla çıxış edib.

“...Biz Rusiya sülhməramlılarının öz missiyasını davam etdirməsini istəyirik. Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya prezidentinin də belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mən Mən bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir”.

Rusiyanın TASS agentliyi xəbər verir ki, bunu Paşinyan bildirib.

Maraqlıdır ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri mandatın uzadılması məsələsini təkbaşına həll etməyə səlahiyyəti çatmayacağını da etirf edib. Onun sözlərinə görə, bu sənəd üçtərəfli sənəddir.

...Və əgər Ermənistan və Rusiya bu məsələdə razılığa gəlsələr, onlar çoxluq təşkil edəcəklər .

...Qeyd edək ki, Paşinyan ğzü ilə yanaşı erməniləri də “ümidləndirib”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə