Kurskda yarımstansiyaya hücum edilib

Kurskda yarımstansiyaya hücum edilib

Kursk vilayətinin qubernatoru Roman Starovoit Telegram kanalında Ukrayna hərbçilərinin pilotsuz təyyarələrinin Sudjanın kənarındakı elektrik yarımstansiyasına hücum ediklərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, vilayət rəhbəri hadisə zamanı xəsarət alan olmadığını bildirib.

“…Xoşbəxtlikdən, itki yoxdur”, - deyə Starovoit bildirib.

Qubernator qeyd edib ki, inzibati binanın damı və pəncərələri zədələnib. Bundan əlavə, transformator da bir qədər zədələnib, lakin bu, onun işinə təsir etməyib.

Qubernatorun məlumatına görə, hazırda ərazidə istehkamçılar işləyir.

Onlar əraziyə baxış keçirdikdən sonra təmirçilər hücumun nəticələrini aradan qaldıracaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə