Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib

Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib

Şənbə günü, oktyabrın 29-da, bütün Ukraynada hava xəbərdarlığı elan edilib. SİA bildirir ki, bunu “RİA Novosti” Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsinin məlumatlarına istinadən xəbər verir.

“...Hər kəsdən təcili olaraq mülki müdafiə sığınacağına getməyi xahiş edirik!” – Bunu Ukrayna paytaxtının administrasiyasından bildirilib.

Qeyd edək ki, oktyabrın 29-da Ukraynanın Poltava və Xarkov vilayətlərinin hakimiyyət orqanları da bölgələrdə hava xəbərdarlığı elan edib.

Həyəcan siqnalının Moskva vaxtı ilə saat 00.33-də verildiyi dəqiqləşdirilib.

Oktyabrın 28-nə keçən gecə Ukraynanın dörd regionunda - Kiyev, Nikolayev, Poltava və Çerkassıda və Kiyevin özündə hava həyəcanı elan edilib.

Oktyabrın 27-də Odessada partlayışlar barədə məlumat yayılıb. Bundan bir qədər əvvəl Kiyevdə də partlayış baş verib. Bu dəqiqələrdə Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə