Rusiya “taxıl müqaviləsi”ndə iştirakını dayandırır

Rusiya “taxıl müqaviləsi”ndə iştirakını dayandırır

Rusiya Sevastopoldakı terror aktından sonra “taxıl müqaviləsi”ndə iştirakını dayandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bu qərar “Kiyev rejiminin britaniyalı mütəxəssislərin iştirakı ilə” Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı terror aktı ilə əlaqədar qəbul edilib.

Rus saytlarının yazdığına görə, oktyabrın 29-da səhər Qara dəniz donanmasının gəmiləri Sevastopol körfəzinin sularında hava və yerüstü tipli pilotsuz təyyarələrin hücumunu dəf edib. Deyilənlərə görə, şəhərdəki obyektlərə elə də ziyan dəyməyib. Sevastopol qubernatoru Mixail Razvojayevin sözlərinə görə, bu, xüsusi hərbi əməliyyat başlayandan bəri şəhərə edilən ən kütləvi hücum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə