BMT Liviyadakı sülhməramlı missiyasının mandatını daha bir il uzadıb

BMT Liviyadakı sülhməramlı missiyasının mandatını daha bir il uzadıb

Birləşmiş Millətlər Təşkilatı Liviyada fəaliyyət göstərən sülhməramlı missiyasının mandatını daha bir il uzadıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMTTŞ) üzv dövlətlər BMT-nin Liviyada fəaliyyət göstərən sülhməramlı missiyasının mandatının uzadılmasına dair 2656 saylı qətnaməni yekdilliklə qəbul ediblər.
Qərara əsasən, BMT sülhməramlılarının mandatı 2023-cü ilin 31 oktyabr tarixinədək uzadılıb.
Xatırladaq ki, İyulun 28-də BMT Təhlükəsizlik Şurasının 12 üzvünün səsverməsi ilə BMT-nin Liviyadakı sülhməramlı missiyasının mandatı 3 ay müddətinə uzadılmışdı.
Birləşmiş Millətlər Təşkilatının Liviyadakı sülhməramlı missiyası ölkədə yaşanan münaqişələr səbəbindən Liviyadakı siyasi keçid prosesini dəstəkləmək üçün Liviya hakimiyyətinin tələbi ilə 2011-ci ilin 16 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası tərəfindən yaradılmışdı.
Sentyabrın 25-də Abdoulaye Batilinin rəhbərlik etdiyi missiya Liviyada hərbi qüvvələrin və iqtisadi qurumların bölünməsinə son qoymaq üçün 98 yerli personal, 210 beynəlxalq heyət və 6 BMT könüllüsü ilə işləyir və münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə