Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir
Ermənistanın baş naziri Nikol Paşinyan bütün beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın bir hissəsi hesab etdiyini etiraf edib.
Beynəlxalq ictimaiyyət, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan bunu bu gün hakim Vətəndaş Müqaviləsi Partiyasının VI qurultayında deyib.
“Dünyada Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyən ölkə varsa, bunu açıq desinlər, heç kim vəziyyətin fərqli olduğu görüntüsü yaratmasın”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB