Dövlət Dumasının deputatı Oleq Morozov Avropa komissarı Didye Reyndersin xüsusi əməliyyat başlayandan sonra Qərb ölkələri tərəfindən dondurulmuş Rusiyanın qızıl-valyuta ehtiyatlarının qaytarılması şərtləri ilə bağlı bəyanatlarını tənqid edib.
Morozova görə,..guya Rusiya vəsaitləri ilə hər hansı manipulyasiya qanunsuzdur.
Qeyd olunur ki, Reynders bundan əvvəl Avropanı Moskva Ukraynanın bərpasında iştirak etməyə razılaşana qədər Rusiya aktivlərini saxlamağa çağırıb.
Dediyimiz kimi, Rusiya pulları ilə istənilən manipulyasiyanı “qanunsuz” adlandıran Morozov əlavə edib ki, onların dondurulması üçün hər hansı ilkin şərtlər Rusiya üçün qəbuledilməzdir.
Maraqlıdır ki, Morozov dondurulmuş 300 milyard avronun mütləq Moskvaya qaytarılacağına əmindir.
...O qeyd edib ki, ya Qərb ölkələri onları “gözlənildiyi kimi” təhvil verəcək, ya da Rusiya hakimiyyəti Qərbin aktivlərini müsadirə etməyə məcbur olacaq.
Rus siyasətçisinin sözlərinə görə, Moskva gələcəkdə Ukraynanı bərpa etmək üçün vəsait tapa bilər,.. amma Kiyevin Kremlə dost olacağı təqdirdə...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB