Rusiya və Ukrayna əsirləri 50-dən 50-yə qədər düsturla mübadilə ediblər. Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin sözlərinə görə, Ukrayna tərəfi “əsasən Ukrayna Silahlı Qüvvələrini” qəbul edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyaya köçürülən döyüşçülər arasında - doqquzu LDNR nümayəndəsi də var.
Daha sonra Rusiya Müdafiə Nazirliyi 50 rus əsgərinin Ukrayna əsirliyindən geri qayıtdığını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, hərbçilər Moskvaya aparılacaq və orada onlar müalicə və reabilitasiyadan keçəcəklər.
Xatırladaq ki, əsirlərin əvvəlki dəyişdirilməsi oktyabrın 17-də baş tutmuşdu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB