20 illik fasilədən sonra qatarların hərəkəti bərpa edilir

20 illik fasilədən sonra qatarların hərəkəti bərpa edilir

Moldova iyirmi illik fasilədən sonra Kişinyov və Kiyev arasında beynəlxalq sərnişin dəmir yolu nəqliyyatını bərpa edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublikanın baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu öz Telegram kanalında bildirib.

Spinu bərpa edilmiş marşrutu “sülh qatarı” adlandırıb və bildirib ki, bu istiqamətdə hərəkət edəcək qatarda vaqonlar ukraynalı rəssamlar tərəfindən rənglənib və hər biri Ukraynanın ayrıca regionunu təmsil edir .

Qeyd edək ki, 2022-ci il noyabrın 6-dan etibarən Kişinyov-Kiyev qatarı müntəzəm olaraq, həftədə üç dəfə Ukraynaya yola düşəcək.

Qatar hələlik 280 sərnişin üçün nəzərdə tutulub, onun beşi kupe və iki ehtiyat oturacaq olmaqla yeddi vaqonu var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə