Paşinyan Rusiya sülhməramlılarının mandatını uzatmağa hazırdır

Paşinyan Rusiya sülhməramlılarının mandatını uzatmağa hazırdır

Bu arada SİA TASS-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya sülhməramlılarının mandatının 10 və ya 15 il müddətinə uzadılması ilə bağlı sənəd imzalamağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, guya mandatın şərtlərini Rusiya Federasiyası müəyyən etməlidir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli danışıqların oktyabrın 31-də Soçidə keçiriləcəyi bildirilmişdi.

Tərəflər üçtərəfli sazişlərin icrasını və Transqafqazda təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər.

Verilən xəbərlərə görə, Putinin Paşinyan və Əliyevlə ayrıca görüşləri də planlaşdırılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə