Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Volodimir Zelenski rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.
"Türkiyeni və Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə təbrik edirəm. Dost türk xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. İnanıram ki, birgə səylərimiz Qara dəniz bölgəsində sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verəcək''.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Tokayev məktubunda Prezident Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik edib.
Tokayev məktubunda həmçinin bu ifadələrə yer verib: “Şübhəsiz ki, bu tarix ölkənizin tarixində mühüm yeri tutur''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB