Yəqin, Rusiya Federasiyasının Qərb banklarında saxlanan 300 milyard avroluq qızıl-valyuta ehtiyatlarına Avropa İttifaqının artıq əl qoyduğu barədə məlumatlısınız. Qeyd edək ki, Avropa İttifaqı hazırda dondurulmasına icazə verdiyi bu vəsaiti “Rusiyanın iştirakı (?) ilə Ukraynanın bərpası”na yönəldəcəyini bəyan edib.
SİA TASS-a istinadən xəbər verir ki, bu günlərdə elə bu məsələ ilə bağlı Avropa Komissiyasının ədalət və qanunun aliliyi üzrə komissarı Didye Reynders danışıb.
“...Mənim fikrimcə, bu 300 milyard avro ən azı Rusiya yenidənqurmada könüllü iştirak edənə qədər zəmanət kimi saxlanıla bilər”-deyən Avropa komissarı, həmçinin Avropa İttifaqının sanksiyalar çərçivəsində 90 rusiyalının əmlakını dondurduğunu bildirib.
Qeyd edək ki, rusiyalı iş adamlarına məxsus bu vəsaitlər Almaniya da daxil olmaqa Avropanın daha 7 ölkəsinin banklarındadır.
Xatırladaq ki, Qərb Ukraynada xüsusi əməliyyata başlayandan sonra Rusiya Federasiyası Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib. Deyildiyi kimi, ölkənin qızıl-valyuta ehtiyatlarının təxminən 300 milyard avro dondurulub. Rusiya Bankının ehtiyatları və aktivləri ilə bağlı bütün əməliyyatlar isə qadağan edilib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən Ukraynanın bərpası üçün istifadə edilməsi təklifini qanunsuz adlandırmışdı.
...Bunun da elə yalandan...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB