Polşa hakimiyyəti Rusiya vətəndaşları üçün sadələşdirilmiş işə qəbul prosedurunu ləğv edib. Müvafiq əmri ailə və sosial siyasət naziri Marlena Malonq imzalayıb. Onun sözlərinə görə, qərar Rusiyanın Ukraynaya hərbi təcavüzü və rusların Polşaya yeni miqrasiya dalğası riski ilə bağlıdır.
SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər Rusiya, eləcə də Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarının Polşada sadələşdirilmiş qaydada iş icazəsi almaq hüququ vardı. Polşa digər ölkələrin vətəndaşlarına iş icazəsi yalnız polyakların özlərindən nəzərdə tutulan iş üçün müraciət edənlərin olmadığını yoxladıqdan sonra verirdi. Qeyd edək ki, sadələşdirilmiş rejimdən istifadə edən ölkələr üçün belə yoxlama tələb olunmur və icazənin verilməsi proseduru yeddi gündən çox çəkmir.
İndi ruslar iş tapmalı və ümumi əsaslarla sınaqdan keçməli olacaqlar.
Belə ki, Polşada artıq işləyən Rusiya vətəndaşları icazələrinin müddəti bitənə qədər işləməyə davam edə bilərlər. Onlar yeni qaydalara əsasən icazələrini yeniləməli olacaqlar.
“Meduza”nın da xəbər verdiyi kimi, nəzərə almaq lazımdır ki, hazırda Polşada 13 minə yaxın rusiyalı işləyir.
Yeri gəlmişkən, Belarus Polşa ilə elm və incəsənət sahəsində təhsil sənədlərinin və dərəcələrinin qarşılıqlı tanınması haqqında hökumətlərarası sazişdən çıxıb.
Bu o deməkdir ki, Belarus vətəndaşları artıq yalnız Belarusun orta təhsil sertifikatlarından istifadə etməklə Polşa universitetlərinə daxil ola bilməyəcəklər: onlar öz biliklərinin qiymətləndirilməsi ilə bağlı əlavə sənədlər təqdim etməli olacaqlar.
Bu isə ərizəçinin məzun olduğu ildə Polşa universitetinə daxil olmasına mane ola bilər.
Qeyd edək ki, Polşada magistratura və ya postdoktorantura proqramına daxil olmaq istəyənlər öz ixtisası üzrə işə girmək istəyənlər kimi Belarus diplomlarını da nostrifikasiya etməli olacaqlar.
…Və yeni qaydalar Belarusda təhsil almaq və işləmək istəyən Polşa vətəndaşlarına da şamil ediləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB