İtaliyada təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

İtaliyada təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

İtaliyada “Canadair CL-415” tipli yanğınsöndürən təyyarə Siciliya adasındakı Etna dağı ətrafında meşə yanğını ilə mübarizə apararkən qəzaya uğrayıb. SİA xəbər verir ki, hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində iki pilotun cəsədinin tapıldığı bildirilib.

Təyyarə alovu söndürmək üçün enən zaman sağ qanadı dağın yamacına dəyib və daha sonra yerə çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə