Bu arada Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Birləşmiş Ştatlar Ukraynaya daha 275 milyon dollarlıq təhlükəsizlik yardımı paketi ayıracağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İnterfaks” yayıb.
“...Bu gün nazirlik Ukraynanın təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün 275 milyon dollarlıq 24-cü Prezident Yardım Paketinin təsdiqini elan edir”-deyən Sinq bildirib ki, tranşa HIMARS raket sistemləri üçün əlavə sursat, 5 min yüksək dəqiqlikli 155 mm-lik artilleriya mərmisi, 1300-dən çox tank əleyhinə sistem, 125 ordunun yolsuzluq avtomobili və dörd peyk antenasının alınması üçün vəsait daxildir.
Qeyd olunur ki, prezident Cozef Baydenin administrasiyası hakimiyyətə gələndən ABŞ Ukraynaya 18,5 milyard dollardan çox hərbi yardım edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB