BMT İranda mexanizm yaratmağa çağırıb

BMT İranda mexanizm yaratmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Cavaid Rəhman İranda həftələrdir davam edən etirazlarda təhlükəsizlik qüvvələrinin “insan hüquqları pozuntularını” araşdırmaq üçün mexanizm yaratmağa çağırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Rəhman mətbuata verdiyi açıqlamada İranda Məhsa Əmini adlı gənc qadının keçən ay polis nəzarətində olarkən ölməsindən sonra başlayan etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsini dəyərləndirib.

Cavid Rəhman M.Əmininin "qəddar nəticələrlə üzləşən ilk qadın olmadığını və sonuncu da olmayacağını" deyib və əlavə edib ki, İrandakı etirazlarda "dövlət orqanları tərəfindən öldürülən qadın və uşaqlarla bağlı xəbərlər alınıb" deyib.

Sentyabrın 16-da ölkədə başlayan etirazlarda ən az 27 uşağın öldüyü barədə məlumat əldə etdiklərini bildirən Rəhman ümumilikdə ən az 250 nəfərin öldüyünü bildirib.

İranın "daimi məsuliyyətə cəlb edilməsini" istədiklərini ifadə edən Rəhman "Beynəlxalq ictimaiyyətin İranda insan haqları pozuntularının cəzasız qalmaması üçün hərəkətə keçmək öhdəliyi olduğunu" ifadə edərək, təcili olaraq beynəlxalq mexanizmin qurulmasını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə