Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqlə görüşəcək

Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Görüşə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, eləcə də Rusiya ilə Ukrayna arasındakı müharibənin müzakirə ediləcəyi gözlənilir. Məlumatda Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də İsveçin Baş naziri ilə də görüşəcəyi bildirilir.
Qeyd edәk ki, Türkiyə Prezidenti Rәcәb Tayyib Әrdoğan İsveçin yeni Baş naziri Ulf Kristersonla telefon әlaqәsi saxlayaraq onu Ankaraya dәvәt etmişdi. Söhbәt zamanı Ulf Kristersonun oktyabrın 19-da özünә ünvanladığı mәktuba toxunan Rәcәb Tayyib Әrdoğan İsveç hökumәti ilә ikitәrәfli münasibәtlәri hәr sahәdә yüksәk sәviyyәyә çatdırmağa hazır olduqlarını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə