Bəs, deyirdiniz Rusiyada səfərbərlik başa çatıb?
Budur, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin vəziyyətin müəyyən dəyişməsi ilə qismən səfərbərliyin bərpasına icazə verib.
O, həmçinin, başqa ölkəyə gedən kişilərdən getmək üçün icazə və hərbi komissarlıqdan arayış tələb olunacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, o bu barədə “Lenta.ru”-ya danıçarkən bildirib.
Bir daha xatərladaq ki, oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə ölkənin sentyabrın 21-də elan etdiyi qismən səfərbərliyin başa çatması barədə hesabat verib.
“...Biz başa düşürük ki, indi proqnozlaşdırmaq çətindir. Bu gün biz qismən səfərbərliyin başa çatmasından danışırıq, lakin bunu davam etdirmək mümkündür. Ola bilsin ki, vəziyyət dəyişsin və əlavə səfərbər edilmiş insanlara ehtiyac yaransın. Onları bir yerdən götürmək lazım olacaq”.
Bunu Şvıtkin bildirib.
“Düşünürəm ki, ölkəni tərk edərkən hərbi komissarlıqdan arayışların verilməsi məsələsi qalır. Onların kişilərdən tələb oluna biləcəyi istisna edilmir”. Bunu da Şvıtkin bildirib.
Və Şoyqu bildirib ki, hərbi komissarlıqlar fəaliyyətini davam etdirəcək, lakin onlar yalnız könüllüləri, eləcə də müqavilə əsasında xidmət etmək niyyətində olanları işə götürəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB