“Bu hakimiyyətin çox vaxtı yoxdur...”

“Bu hakimiyyətin çox vaxtı yoxdur...”

...Gün gələcək ki, Nikol Paşinyan “ya-ya da” seçim etməli olacaq, hətta bu geosiyasi vəziyyətdə belə “və-və” ola bilməz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu siyasi strateq Karen Köçəryan oktyabrın 28-də Lazarev klubunun iclasından əvvəl jurnalistlərə müsahibəsində bildirib.

...Dünən Rusiya prezidenti Putin açıq şəkildə bildirdi ki, problemi nə onun, nə də Rusiyanın üzərinə atmağa dəyməz. Bunu erməni strateq deyib.

“Bu, sənin problemindir. Əgər Artsaxın Azərbaycanın bir hissəsi olmasını istəyirsinizsə, razılaşarıq, istəmirsinizsə, kömək etməyə çalışacağıq. Onun dediklərinin bütün mahiyyəti bu idi. Nikol Paşinyan Rusiyanın nə təklif etdiyini demir: Artsax Azərbaycanın tərkibində qalmalıdır, yoxsa bir-birinin ərazi bütövlüyünün imzalanması və tanınması olacaq,.. amma Artsaxsız? İndi bütün bunların sonunu gözlə. Mənə elə gəlir ki, bu hakimiyyətin çox vaxtı yoxdur, onlar seçim etmək məcburiyyətində qalacaqlar”, - Köçəryan bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə