Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə qismən səfərbərliyin nəticələri barədə hesabat verib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Şoyqunun görüşdə dediyi kimi, qismən səfərbərlik tədbirləri guya başa çatıb.
Onun sözlərinə görə, səfərbərlik elan ediləndən bir ay və bir həftə sonra 300 min nəfər səfərbər olunub.
Və onlardan 1300 nəfəri icra hakimiyyəti orqanlarının əməkdaşlarıdır.
Nazir Putinə, qismən səfərbərlik əsasında çağırılan 82 min nəfərin artıq cəbhəyə göndərildiyini deyib. Şoyqunun sözlərinə görə, guya onları fəal təlimdən sonra qoşunlara göndəriblər.
Nazirin sözlərinə görə, daha 218 min nəfər poliqonlardadırlar və “həsrətlə döyüş bölgələrinə göndəriləcəkləri günü gözləyirlər”.
Rusiya ordusunun səfərbər olunanları təchiz etməkdə çətinlik çəkdiyini etiraf edən Şoyqu, artıq bu problemlərin guya arxada qalıdığını, yəni həllini tapdığını bildirib.
Nazir, gələcəkdə də könüllü və podratçıların cəbhəyə göndərilməsi davam etdiriləcəyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB