Bu arada Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin nümayəndələri...Kseniya Sobçakın əri (...neçənci-?) Konstantin Boqomolovun ikili vətəndaşlığının olub-olmadığını yoxlamaq xahişi ilə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət ediblər,
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sorğu onun həyat yoldaşı Kseniya Sobçakın ikili vətəndaşlığına malik olduğu üçün göndərilib.
Burada maraqlı olan nədir?
Qeyd edək ki, əldə olunan məlumata görə, Kseniya Sobçak hazırda Litvadadır.
Burada başqa maraqlı cəhət Litvanın xüsusi xidmət orqanlarının məlumatıdır. Belə ki, həmən məlumata görə, Kseniya Sobçak Litva sərhədini İsrail vətəndaşı kimi keçib.
...Və sondakı maraq isə ondan ibarətdir ki, Rusiyada Sobçakın ikili vətəndaşlığı barədə kimsənin xəbəri olmayıb?
...Mətbuatın yazdığına görə, teleaparıcı bağ evində axtarışa az qalmış Rusiya ərazisini tərk edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB