Norveç də Rusiyaya qarşı sanksiyalar paketinə qoşulub

Norveç də Rusiyaya qarşı sanksiyalar paketinə qoşulub

Norveç də Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinə qoşulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir.

Norveçin xarici işlər naziri Anniken Huitfeldtin sözlərinə görə, Norveç Rusiya hakimiyyətinə və onların tərəfdarlarına təzyiqi davam etdirmək üçün Rusiyaya qarşı sanksiyalarla bağlı Avropa İttifaqını dəstəkləyir.

Qeyd olunur ki, sanksiya siyahısı yeddi təşkilat və 30 fiziki şəxslə tamamlanıb. Ümumilikdə ölkədə 1260-dan çox şəxs və 115 təşkilata qarşı qətimkan tədbiri seçilib.

Sanksiyaların bir hissəsi DXR, LPR, Zaporojye və Xerson vilayətlərində referendumun təşkilatçılarına aiddir.

Həmçinin, Norveç Avropa İttifaqından nümunə götürərək, öz vətəndaşlarının Rusiyanın dövlət şirkətlərində yüksək vəzifə tutmasına qadağa, o cümlədən kömür, elektron komponentlər, aviasiya sənayesi üçün texniki məhsullar və digər mallara yeni ixrac məhdudiyyətləri tətbiq edir.

Beləliklə, Norveç də polad məhsulları, plastik, tekstil və s. idxalını məhdudlaşdıran Avropa İttifaqı sanksiyalarına qoşulur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə