Türkiyə XİN İraqla bağlı bəyanat yayıb

Türkiyə XİN İraqla bağlı bəyanat yayıb

Türkiyə Məhəmməd Şia əl-Sudaninin rəhbərlik etdiyi hökumətin parlamentdə etimad səsi almasının sevindirici olduğunu bildirilib.
Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda İraqda yeni hökumətin Nümayəndələr Şurasında etimad səsverməsi almasının müsbət qarşılandığı vurğulanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bəyanatda Türkiyənin İraqla əməkdaşlığı davam etdirməyə hazır olduğu vurğulanıb.
"İnanırıq ki, yeni hökumət əhatəli yanaşma ilə İraq xalqının gözləntilərini doğruldacaq və İraqın sülh, sabitlik və rifahını gücləndirmək üçün addımlar atacaq. Türkiyə keçmişdə olduğu kimi yeni hökumətlə hər sahədə əməkdaşlığı davam etdirməyə hazırdır'',-deyə Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə