...Ay can, ay can! Ruslar Britaniyanın 9 günlük qaz ehtiyatının qaldığını eşidib “şadyanalıq edirlər”.
Rusiya saytlarını yazdığına görə, bunu Britaniya qazının sahibi Kris O'Şea bildirib. O daha sonra Böyük Britaniyanın Avropada ən aşağı qaz ehtiyatlarından birinə malik olduğunu da faş edib. SİA bu barədə rus saytlarına istinad edir.
Almaniyanın 89, Fransanın 103, Hollandiyanın 123 və Böyük Britaniyanın isə cəmi 9 günlük qaz ehtiyatı qalıb. (...belə görünür ki, Avropada ən aşağı qaz ehtiyatına sahib olan Britaniya 5-6 günə gəlib rusların ayağına düşüb onlardan qaz istəyəcəklər?-A.B.)
Rus saytlarının yazdığına görə, Kris O'Şea həmçinin qeyd edib ki, enerji şirkəti “Rough” yeraltı qaz anbarını yenidən açır ki, bu da Britaniyada qazın saxlanma qabiliyyətini 50 faiz artıracaq və qışda ölkə üçün açara çevriləcək.
Xatırladaq ki, Britaniya hələ martın sonundan başlayaraq Rusiya qazının alışını dayandırıb. O vaxtdan bəri ölkəyə mavi yanacaq Norveç və ABŞ-dan gətirilir ki, bu da guya ölkədə elektrik və istilik enerjisinin bahalaşmasına səbəb olub.
Bunu da rus saytları yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB