Son üç ayda 190 minə yaxın Rusiya vətəndaşı Özbəkistan ərazisinə daxil olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RBC” “UzA” agentliyinə istinadən xəbər verir.
“2022-ci ilin son üç ayı ərzində Özbəkistana ümumilikdə 189 175 Rusiya vətəndaşı gəlib. Onlardan 121 757 nəfəri kişi, 67 688 nəfəri qadındır”, - deyə respublika Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq üzrə Baş İdarəsinin məlumatında bildirilir.
Bu ilin cəmi 9 ayında Özbəkistana 318 156 rusiyalının daxil olduğu da dəqiqləşdirilir.
Qeyd edək ki, bir müddət əvvəl parlamentin yuxarı palatasının spikeri Valentina Matviyenko bütün Rusiya vətəndaşlarına Konstitusiya ilə ölkəni tərk etmək və geri qayıtmaq hüququnun təmin olunduğunu bildirmişdi. O, son aylarda ölkəni tərk etmək qərarına gələnlərin əksəriyyətinin vətənə qayıdacağına əminliyini də ifadə edib.
Matviyenko, eyni zamanda,.. gedəndən sonra Rusiyaya “qara yaxan” rusların xaricdə qala biləcəyinə, yəni Rusiyaya gəlməyə biləcəklərini də vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB