Almaniya Yunanıstanın təzminatla bağlı tələbini rədd etdi

Almaniya Yunanıstanın təzminatla bağlı tələbini rədd etdi

Almaniya kansleri Olaf Şolts Yunanıstanın nasist işğalına görə ölkəyə yüz milyardlarla avro təzminat ödəməsi tələbini rədd edərək, işğal məsələsinin hüquqi və siyasi baxımdan bağlandığını deyib.
Bu ayın əvvəlində Yunanıstanın xarici işlər naziri Nikos Dendias təzminat məsələsinin həm hökumət, həm də yunan cəmiyyəti üçün yarımçıq qaldığını elan edərək bunu prinsipial bir məsələ kimi xarakterizə edib.
Yunanıstan rəsmiləri serb həmkarları ilə Şərqi Avropa ölkələrinə veriləcək müharibə təzminatı ilə bağlı təklifin hazırlanması üçün görüş keçiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, Yunanıstan 1945-ci ildən bəri məcburi olduğunu dediyi təzminatın geri qaytarılmasını almağa çalışır, lakin Almaniya tərəfi bu tələbi həmişə rədd edir.

Berlin niyə borcunu ödəməli olmadığını söyləmək üçün bir neçə arqument irəli sürdü. Afina bütün bu arqumentləri etibarsız sayaraq rədd etdi.
Nasistlər 1941-ci ildə Yunanıstanı işğal etdilər və 1944-cü ilə qədər orada qalaraq yüz minlərlə yunananıstanlı mülki vətəndaşımöldürdü.
Qeyd edək ki, Almaniya İkinci Dünya Müharibəsinin bitməsindən bəri İsrail və Polşaya on milyardlarla avro təzminat ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə