Yanğınsöndürən təyyarə qəzaya düşdü

Yanğınsöndürən təyyarə qəzaya düşdü

İtaliyanın Siciliya adasındakı Etna dağının yamaclarından birinə yanğınsöndürən təyyarə qəzaya düşüb. SİA "Sputnik"ə istinadən xəbər verir ki, hadisə təyyarə su üçün qayıdarkən baş verib. Belə ki, mülki müdafiə xidmətinin təyyarəsi Kataniya şəhəri yaxınlığında meşə yanğınlarının söndürülməsi ilə məşğul olub.

Təyyarənin göyərtəsində iki ekipaj üzvünün olub. Onların həlak olduğu qeyd edilir.

Qəza şahidləri bildiriblər ki, təyyarə yerə düşəndən sonra partlayış olub və yanğın başlayıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə