XİN-in İraqdakı yeni hökumətlə bağlı bəyanatı

XİN-in İraqdakı yeni hökumətlə bağlı bəyanatı

Türkiyə Xarici İşlər Nazirliyi İraqda Məhəmməd Şia Sudaninin başçılıq etdiyi hökumətin etimad səsverməsi ilə bağlı "İraqda yeni Hökumətin Nümayəndələr Palatasının etimad səsi ilə fəaliyyətə başlamasını alqışlayırıq" deyə açıqlama verib. SİA xəbər verir ki, XİN-dən verilən açıqlamada bildirilib: “27 oktyabr 2022-ci ildə Nümayəndələr Palatasından etimad səsini alaraq İraqda yeni Hökumətin andiçmə mərasimini alqışlayırıq. Baş nazir Məhəmməd Şia Sudaniyə üzərinə götürdüyü bu mühüm vəzifədə uğurlar arzulayırıq. İnanırıq ki, yeni hökumət hərtərəfli yanaşma ilə İraq xalqının gözləntilərini qarşılayacaq, İraqın sülh, sabitlik və rifahını gücləndirmək üçün addımlar atacaq. Türkiyə keçmişdə olduğu kimi, qarşılıqlı həssaslıq və ortaq maraqlara hörmət əsasında yeni hökumətlə hər sahədə əməkdaşlığı davam etdirməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə