Benzin və dizellə işləyən avtomobillərin satışının qadağan olunacağı tarix - AÇIQLANDI

Benzin və dizellə işləyən avtomobillərin satışının qadağan olunacağı tarix - AÇIQLANDI

Avropa Şurası, Avropa Parlamenti (AP) ilə üzv ölkələr arasında nəqliyyat vasitələrinə yeni karbon emissiya standartları gətirəcək tənzimləmə ilə bağlı danışıqlarda konsensusun əldə edildiyini açıqlayıb. SİA xəbər verir ki, buna görə, 2035-ci ildən etibarən AB-yə üzv dövlətlərdə satılacaq bütün yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiya olmalıdır. Avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını 100 faiz azaldacaqlar. Belə ki, qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə