Rusiya Prezidenti anti-Rusiya sanksiyaları ilə bağlı zarafat edib
Rusiya Prezidenti Vladimir Putin anti-Rusiya sanksiyaları ilə bağlı zarafat edib. SİA xəbər verir ki, Putin bu zarafatı Valday Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı edib.
Dövlət başçısının sözlərinə görə, bunu ona alman dostu deyib: “Oğul atasından soruşur ki, ata, niyə belə soyuqdur? O deyir ki, Rusiya Ukraynaya hücum etdiyi üçün. Uşaq soruşur, bunun bizə nə dəxli var?
- Biz də ruslara qarşı sanksiyalar tətbiq etmişik.
- Niyə?
- Onlara pis hiss etdirmək üçün.
Putin Rusiyaya qarşı sanksiyaların ölkə iqtisadiyyatını məhv etmək məqsədi daşıdığını, lakin alınmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB