"Dəniz sərhədlərinin müəyyən edilməsi sazişini alqışlayırıq" - TÜRKİYƏ XİN
"Biz ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında dolayı danışıqlar nəticəsində 27 oktyabrda imzalanmış dəniz sərhədlərinin müəyyən edilməsi sazişini alqışlayırıq. Ümid edirik ki, bu saziş hazırda bir çox problemlərlə üzləşən Şərqi Aralıq dənizində sülh və sabitliyə töhfə verəcək". SİA xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
XİN-dən bildirilib: "Müqavilə, həmçinin, hər iki tərəfin kontinental şelfində müəyyən karbohidrogen lisenziyası sahələri üçün üçüncü tərəf vasitəsilə birgə əməliyyat modeli və gəlirlərin bölüşdürülməsini nəzərdə tutur. Dünyada oxşar nümunələri olan bu model bölgə və xüsusilə də Kipr türkləri və yunanları üçün müsbət presedent yarada bilər. Əslində, KKTC keçən ilin iyul ayında Rum tərəfinə beynəlxalq neft şirkətlərinin mövcud hüquqlarına xələl gətirmədən ədalətli gəlir bölüşdürmə dərəcələri təyin edərək, ortaq iş anlayışına əsaslanan birgə komitə yaratmaq barədə əməkdaşlıq təklifi irəli sürmüşdür. 2020-ci ildə inklüziv Şərqi Aralıq dənizi konfransı təşkil etməyi təklif edən Türkiyə, 2011, 2012, 2019 və 2022-ci illərdə ŞKTC-nin irəli sürdüyü karbohidrogen əməkdaşlıq təkliflərini dəstəkləməyə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB